1484. İmam Sadiq (ə):«Hər kəsdə bu beş xislətdən biri olmasa, onda çox xeyir-bərəkət olmaz: vəfa, tədbirlilik, abır-həya, xoş xasiyyət, əvvəlki dörd xisləti özündə birləşdirən azadəlik.»[2]

 

492. Bütün insanlar azaddır

1485. İmam Əli (ə) :«Ey insanlar! Adəmdən nə bir qul törənib, nə də bir kəniz. Bütün insanlar azaddır.»[3]

1486. İmam Əli (ə):«Başqalarına qul olma, Allah-taala səni azad yaradıb.»[4]

1487. İmam Sadiq (ə):«Azadə hər bir halda azadədir. Ona bəla və çətinlik üz verən zaman səbr edər. Əgər başına müsibətlər yağsa da, əsirliyə düşsə də, məğlub olsa da, rahatlığını əldən verib çətinliyə, yoxsulluğa düçar olsa da bütün bunların heç biri onu sındırmaz. Əmin Siddiq Yusif kimi! (Allahın salamı ona olsun). Onu qul da etdilər, məğlub da oldu, əsir də götürüldü, amma bunların heç biri onun azadəliyinə xələl yetirmədi.»[5]

 

493. Azad insanın xasiyyəti

1488. İmam Əli (ə): «Gülərüzlülük azədə insanın xislətidir.»[6]

1489. İmam Əli (ə): «Həya və iffət imanın xislətlərindəndir. Bunun ikisi də azadələrin təbiəti və yaxşı insanların xasiyyətidir.»[7]

1490. İmam Əli (ə): «Qane olan qul azaddır, tamahkar azad isə qul.»[8]

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Azadəlik – ürəyi genişlik, alicənablıq, səmimiyyət

[2] əl-Xisal, səh.284

[3] Nəhcüs-Suadə, c.1, səh.198

[4] Nəhcül-Bəlağə, məktub 31

[5] əl-Kafi, c.2, səh.89, hədis6

[6] Ğurərul-Hikəm, hədis 467

[7] Ğurərul-Hikəm, hədis 3605

[8] Ğurərul-Hikəm, hədis 413


more post like this