AYIN PARÇALANMASI

 

Zilhiccə ayının 14-cü gecəsi idi. Müşriklərin on dörd nəfər, Həzrətin hüzuruna gəlib ona dedilər: Bütün peyğəmbərlərin öz peyğəmbərliyi üçün nişanələri vardır. Bu gecədə sənin peyğəmbərliyinin nişaşəsi nədir? Peyğəmbər(s) buyurdu: Nə nişanə istəyirsiniz? Müşriklər dedilər: Əgər Allah yanında sənin üçün bir dərəcə və rütbə vardırsa, aya göstəriş ver, iki yerə bölünsün.

Cəbrail(ə) Allah tərəfindən gəlib dedi: «Ey Mühəmməd! Allah –Təala sənə salam çatdırıb, buyurur: Mən bütün əşya və varlığa, səndən itaət etməyə əmr vermişəm.» Həzrət Peyğəmbər(s) başını göyə qaldırıb, aya göstəriş verdi ki, iki yerə bölünsün. Ay iki yerə parçalandı. Peyğəmbər(s) şükr səcdəsi edib, orada olanlara buyurdu: Ey filankəs! Görün və şahid olun! Bu zaman müşriklər dedilər: Ayın hər iki parçası bir-birinə birləşib, birinci halına qayıtsın. Peyğəmbər(s) əmr etdi və ay birinci halına qayıtdı.

Müşriklər bu aydın möcüzəni görüb dedilər: Ya Mühəmməd! Biz Şam və Yəməndən qayıdan müsafirlərimizdən sual edəcəyik ki, bu gecədə nə müşahidə ediblər. Əgər biz gördüyümüzü onlar da görsə, bunun İlahi bir möcüzə olmasını başa düşəcəyik. Amma belə bir şey müşahidə etməsələr, başa düşəcəyik ki, bizi sehrləmisən.

Müsafirlər gəlib, şəhadət verdilər. Bu zamanda «Qəmər» surəsi nazil oldu. Bu surənin birinci ayəsi, ayın iki yerə bölünməsinə işarə edir.

 

 

sualcavab.ge

 

 


more post like this