Öz dövrünün məhşur alimlərindən mübariz fəqih və yazıçılardan olan Ayətullah Şeyx Mirzə Məhəmməd Şərif Şirvani 18-ci əsrin axırlarında Şirvanda dünyaya göz açmışdır. Atası Mirzə Rza , o diyarın dindar və mömin şəxslərindən biri idi. İbtidai təhsilini öz məntəqəsində başa vurduqdan sonra , təhsilini təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə köçür. Seyyid Əli Təba-Təbai (“Riyazül-məsail” kitabının müəllifi) və başqa məhşur alimlərin üsul və fiqh dərslərini mənimsəyir. Fiqh elmində yüksək məqama çatdıqdan sonra Təbriz şəhərinə qayıdır və ömrünün sonuna qədər burada qalır. Onun üsul və fiqh elmlərində yüksək məqama çatması ilə yanaşı , sair elmlərdə də təcrübə qazanmış və qiymətli kitablar yazmışdır. O kitablardan aşağıdakıları qeyd etmək olar:

1. “Sədəfül-məşhun”-Müxtəlif elmlərdən bəhs edən bu kitab 1800-cü ildə Nəcəfi-Əşrəfdə çap olunub.
2. “Nurül-ənvar fi isbati İmaməti Əimmətil-əthar”(kəlam elmində və ərəbcə yazılmışdır.)
3. “Əş-şəhabus -saqib fi mənaqibi Əli (Əleyhissalam) ibn Əbu Talib” (kəlam elmində və ərəbcə yazılmlşdır).
4. “Dümtül-əxtar fi zikril əxyar və əxyarül-əxbar” (əxlaq elmində və ərəbcə yazılmışdır).
5. “Misbahül-qülub” (fiqh elmində və ərəbcə yazılmışdır).
6. “Əttahifətul-bəhiyyə”

ceferiler.com


more post like this