Təqlid mərcəi Ayətullah Safi Qulpayqani Ramazan ayı ilə bağlı andoskopiya etməyin, qan verməyin və bəzi digər şəri sualları cavablandırıb. Aşağıda bir neçə sualın cavabına işarə olunur.

Sual: Oruc halında burun damcısından istifadə etməyin hökmü necədir?.
Cavab: Boğaza daxil olarsa orucu batil edər.

Sual: Fırçadan istifadə etməyin hökmü necədir?. Orucu batil edirmi?
Cavab: Fırçanın üzərində olan su boğaza ketməzsə çölə tökmək şərtilə istifadə etməyin eybi yoxdur.

Sual: Ramazan ayında analiz vermək üçün 5 qram qanın alınması orucu batil edirmi?
Cavab: Eybi yoxdur, amma bədənin zəifləməsinə səbəb olarsa qan vermək məkruhdur.

Sual: Oruc tutan şəxsə qan vurmağın eybi varmı? Orucu batil edirmi?.
Cavab: Orucu batil etmir.

Ceferlier.com


more post like this