Bismillahir Rəhmanir Rəhim
Biz bu bölmədə sizə, 16-20 –ci əsrlərdə yaşamış Dünyada tanınmış Azərbaycanlı İslam alimləri haqqda məlumat verəciyik.

Əgər 16-20 –ci əsrlərdəki tarixə nəzər salsaq görərik ki, bu əsrlərdəki Azərbaycan demək olar ki əsl İslami qaydalarla yaşamış, yüksək dəyərli İslami əxlaqlara sahib olmuş və dünyaca tanınmış böyük İslam fəqihləri yetişdirmişdir. Lakin 1918 -ci ildə əldə olunan müstəqillikdən sonra Mart soyqırımı, ondan sonrada SSSR-nin Azərbaycanı işğal etməsi, Xalqımızı əsl oxu mədəniyyətindən, əxlaqından ayrı salmış, represiya qurbanlarının sayının artması, savadlı fəqihlərimizin sürgünə göndərilməsi və ya öldürülməsi isə İnsanları mariflənmədən uzaq salmışdır necəki hədislərimizdə də vardır ki, Alim öldü, aləm öldü…

Bakı-Abşeron Bölgəsi:

Ayətullah Hacı Şeyx İbrahim Badkubeyi

Ayətullah Hacı Şeyx İbrahim Badkubeyi öz zamanının görkəmli fəqihlərindən və alimlərindən biri olub. Dünyaya gəlmə tarixi dəqiq bilinmir. Atası Mirzə Məhəmməd Əli Bakılı idi. İbtidai və orta təhsilini qurtardıqdan sonra Nəcəfi-Əşrəf şəhərinə köçür və orada Ayətullah Fazil Şərəbyaninin dərslərində iştirak edir. Bu günlərdə Nəcəfdə bir neçə nəfərlik siniflə dərs deməyə başlayır. Mərhum Badkubeyinin maddi vəziyyəti yaxşı olub, həm də Nəcəfdə ali məqamlı alimlər sırasında tanınıb.
O, özünün əməliyyə risaləsini Nəcəfdə “ Ənisul-ibad ” adı ilə çap etdirmişdir. Görkəmli alim 1903 –cü ildə xəstəliyə tutulur və Bağdad şəhərinə aparılır və cərrahiyyə əməliyyatı başlamazdan əvvəl dünyasıı dəyişir. Allah rəhmət eləsin.

ceferiler.com


more post like this