Bismillahir Rəhmanir Rəhim…
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə…

Ayətül kürsü (fəziləti)
Həzrət Peygəmbər (s.a.v) buyurub:
Əgər bir şəxs “ Ayətul-kürsü” nü oxuyub onun savabını qəbiristan əhlinə hədiyyə etsə ALLAH-təala “ Ayətul-kürsü” nün hər bir hərfindən bir məkək yaradar ki, Qiyamət kününə kimi onun üçün təsbih ( sübhənallah) deyərlər
Həzrət Əli (ə) buyurub:
Nə sizlərdən biriniz hacət yazarkən “ Ayətul-kürsü”nü və “Kəhf” sürəsinin axırıncı ayəsini oxusa, hacətinə çatar.
Hz. Əli (ə.) buyurmuşdur:
Müntəzəm oxunarsa yaddaşı qaydasına salır
İmam Sadiq (ə) buyurub:
Mən məqamımın artması üşün “ Ayətul-kürsü” dən istifadə edirəm.
İmam məhəmməd Baqir (ə) buyurub:
Əgər bir şəxs “ Ayətul-kürsü” nü səcdədə oxusa, Cəhənnəm odunda yanmaz.
Ayətullah Kəşmiridən soruşurlar:
Şeytanları uzaqlaşdırmaq üçün hansı surə və ayələr faydalıdır? Buyurdu:
“Ayətul-kürsü” və müəvvizətəyni ( “Fələq” və “Nas” sürələrini) oxumaq

Ayətəl Kürsü (ərəbcə)
بسم الله الرحمن الرحيم
اللّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ لاَ تَأْخُذُهُ سِنَةٌ وَلاَ نَوْمٌ لَّهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلاَ يُحِيطُونَ بِشَيْءٍ مِّنْ عِلْمِهِ إِلاَّ بِمَا شَاء وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالأَرْضَ وَلاَ يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ (255) لاَ إِكْرَاهَ فِي الدِّينِ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَيِّ فَمَنْ يَكْفُرْ بِالطَّاغُوتِ وَيُؤْمِن بِاللّهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقَىَ لاَ انفِصَامَ لَهَا وَاللّهُ سَمِيعٌ عَلِيمٌ (256)‏ اللّهُ وَلِيُّ الَّذِينَ آمَنُواْ يُخْرِجُهُم مِّنَ الظُّلُمَاتِ إِلَى النُّوُرِ وَالَّذِينَ كَفَرُواْ أَوْلِيَآؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُم مِّنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ

Ayətəl Kürsü (oxunuşu)
Allahu la ilahə illə huvəl həyyul qəyyum lə təxuzuhu sinətun vələ nəvmun ləhu ma fissəməvati vəmə fil ərzi mən zəlləzi yəşfəu indəhu illə biiznihi yə`ləmu ma bəynə əydihim və mə xəlfəhum və lə yuhitunə bişəyin mən `ilmihi illə bimə səə vəsi`ə kursiyyuh-us-samavati vəl ərzi və lə yəuduhu hifzuhumə və huvəl əliyyul `əzim, lə ikrahə fiddin qəd təbəyyənə ərruşdu minəl ğəyyi fəmən yəkfur bit tağuti və yumin billahi fəqədistəmsəkə bil `urvətil vusqa lənfisamə ləhəvəllahu səmi`un `əlim, Allahu vəliyyul ləzinə amənu yuxricu-hum minəz zulumati ilən nuri vəlləzinə kəfəru əvliyauhumut tağuti yuxricinəhum min ən nuri iləzzulumati ulaikə əshabun nari fihə xalidun

Ayətəl Kürsü (tərcüməsi)
ALLAH başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. ALLAHın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) ALLAHın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Taqutu (Şeytanı və ya bütləri) inkar edib ALLAHa iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. ALLAH (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! ALLAH (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dostu isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!

Islamadogru.biz


more post like this