﴿ إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.» [Məkkə camaatın toplaşdığı izdihamlı yer mə’nasındadır.]

 

TƏFSİR:

 

Bəni-İsrailin İslam dini ilə əlaqədar müsəlmanlara tutduqları iradlardan biri də bu idi ki, Beytül-Müqəddəsin qədim tarixə malik olduğunu, miladdan min beş yüz il əvvəl həzrət Süleyman (ə) tərəfindən tikildiyinə baxmayaraq, niyə müsəlmanlar onu qoyub Kəbəni özlərinə qiblə seçmişlər? Bu ayə onlara cavab verərək bəyan edir ki, Kəbə yer üzündə tikilən ilk evdir və onun tarixi cəhətdən qədimliyi hər bir yerin tarixindən daha qədimdir.

 

«Əl-Mizan» təfsirində qeyd olunur ki, «Dəhvəl-ərz» barəsində rəvayət çoxdu. «Dəhvəl-ərz» müəyyən bir nahiyədən genişləndirilmə mə’nasınadır (məqsəd Kə’bədir). və ona zidd olan heç bir elmi dəlil yoxdur. Bunun Quranla da ziddiyyəti yoxdur.

 

Həzrət Əlinin (ə) «Nəhcül-Bəlağə»nin 192-ci xütbəsində buyurduğu «Allah bütün insanları – Adəmdən axırıncı insanlara qədər Kəbə daşları ilə imtahana çəkir» cümləsindən aydın olur ki, Kəbə elə Həzrət Adəmin (ə) dövründən mövcud olmuşdur və o, yer üzündə mövcud olan binalar içərisində ən qədim keçmişə malik bir yerdir. Quranda və Əhli-Beyt (ə) rəvayətlərində Kəbədən çoxlu təbirlər olunmuşdur. Onlardan bəzilərini qeyd edirik:

 

1. Kəbə ilk evdir. «Ali İmran» surəsi, 96.

 

2. Kəbə camaatın qiyam və müqavimət yeridir. «Maidə» surəsi, 97.

 

3. Azad olunmuş evdir. «Həcc» surəsi, 29.

 

4. Camaatın yığışdığı və əminamanlıq yeridir. «Bəqərə» surəsi, 121.

 

5. İslamın nişanəsidir. «Nəhcül-Bəlağə».

İNCƏ MƏTLƏBLƏR

2. Allah istəyirsə Kəbənin daşlarını mübarək (bərəkətli) və insanlar üçün hidayət vasitəsi qərar verir. Ona baxış ibadət sayılır, İbrahim və İsmail onun xidmətçisi olur.

 

3. Quran, Rəsul, Kəbə azaddır və Allaha məxsusdur. Nə Quran bir kəs tərəfindən yaradılıb, nə Rəsul bir kəsin beyətini öz öhdəsinə götürüb və nə də Kəbə bir kəsin şəxsi mülküdür.

 

4. Kəbə yer kürəsinin ilk nöqtəsidir.

 

5. Kəbə camaatın ibadət və raz-niyazı üçün tikilmiş ilk evdir.

 

6. Kəbənin xeyir-bərəkəti təkcə möminlər üçün deyil, hamı üçündür.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 

 

 


more post like this