﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُواْ كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُوْلَـئِكَ هُمُ الضَّآلُّونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır.) Onlardır doğru yoldan azanlar.»

 

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

 

Bəziləri demişlər ki, bu ayə Peyğəmbərin (s) besətindən qabaq ona iman gətirən, besətdən sonra isə kafir olan şəxslər haqqında nazil olmuşdur.

 

TƏFSİR:

 

FAYDASIZ TÖVBƏ

 

Əvvəlki ayələrdə yollarını azdıqdan sonra peşman olmuş və həqiqi tövbə etmiş şəxslərdən söhbət gedirdi. Buna görə də onların tövbəsi qəbul olunur. Lakin bu ayədə o şəxslərdən söhbət gedir ki, onların tövbələri heç vaxt qəbul olunmur. Ayədə buyurulur: «İman gətirdikdən sonra kafir olan və öz küfrlərini artıranların (küfr yolunda israr edənlərin) tövbələri heç vaxt qəbul olunmaz. Çünki onlar tövbə etsələr də, çarəsizlik üzündən tövbə etmiş olurlar və onlar yollarını azanlardır. Çünki onlar həm Allah yolunu, həm də tövbə yolunu itirmişlər.

 

Onların tövbələri də zahiri tövbədir. Çünki haqq tərəfdarlarının qəti qələbəsini gördükdə naçarlıq üzündən peşmançılıq izhar edir və tövbə edirlər. Təbiidir ki, belə bir tövbə də qəbul olunası deyil.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this