﴿ إِلاَّ الَّذِينَ تَابُواْ مِن بَعْدِ ذَلِكَ وَأَصْلَحُواْ فَإِنَّ الله غَفُورٌ رَّحِيمٌ ﴾

 

TƏRCÜMƏ VƏ TƏFSİR:

 

Bu ayədə belə şəxslərin Allah dərgahına qayıdış yolu bəyan olunur, onlara tövbə etmək icazəsi verilir. Çünki Quranın əsas hədəfi bütün insanları islah və tərbiyə etməkdir.

 

Buna görə də buyurulur:

 

«Ondan sonra tövbə edən və ləyaqət taparaq öz işlərini islah etməyə başlayan kəslər istisna olmaqla! Allah çox bağışlayan və mehribandır.»

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this