﴿ وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir.»

 

TƏFSİR:

 

Əvvəlki ayələrdə İslam məktəbi və İslam rəhbərliyinin siması ümumi şəkildə bəyan olunmuşdur. Onun ümumi prinsipləri aşağıdakılardan ibarətdir:

 

1. Bütün əvvəlki peyğəmbərlərdən sonrakı peyğəmbərlərə iman gətirmələri barədə əhd-peyman alınması.

 

2. Bütün varlıq aləminin Allahın əmrinə tabe olması və ilahi dindən başqasını qəbul edilməsinin rəva olmaması.

 

3. İslam ardıcıllarının bütün peyğəmbərlərə və onların səmavi kitablarına inanması.

 

Bunlar İslam məktəbinin siması və onun etiqadlarıdır. Quran da aşkar şəkildə bəyan edir ki, hər kəs bu dindən başqasını seçsə, heç vaxt ondan qəbul olunmayacaq.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this