﴿ فَمَن تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Buna görə də kim bundan (bu əhd-peymandan) sonra üz döndərsə, məhz onlar itaətsizdirlər!»

 

TƏFSİR:

 

Bu ayədə Qurani-məcid əhd-peyman pozanları məzəmmət edərək təhdidlə buyurur: “Hər kəs bütün bu təkid və möhkəm əhd-peymanlardan sonra inadkarlıq etsə və haqdan üz döndərsə, əvvəlki kitablarda əlamət və zühur nişanələri gəldiyi halda İslam Peyğəmbərinə (s) iman gətirməsə fasiqdir və Allahın vilayət dairəsindən xaric olunmuşdur.”

 

Bildiyimiz kimi, Allah-təala bu cür inadkar və təəssübkeş fasiqləri heç vaxt hidayət etməz. Bu məsələ «Tövbə» surəsinin 80-ci ayəsində qeyd olunmuşdur: «Hər kəs ilahi hidayətə nail olmasa, onun yeri cəhənnəm və orada şiddətli əzabdır.»

 

AYƏ 83:

 

﴿ أَفَغَيْرَ دِينِ اللّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaqdır.»

 

 

TƏFSİR:

 

Göylərdə və yerdə olan varlıqların hamısı Allah-təalaya təslimdir. Adi halda bu təslimçilik və bəndəlik ruhiyyəsini gizlətsələr də, ciddi təhlükə hiss edən zaman çarəsizlikdən qəlbdə Ona sığınırlar. Bəziləri isə adi halda öz rəğbət və meyilləri ilə təslimdirlər. Lakin bütün varlıqlar təhlükə hiss edən zaman Allaha təslim olmağa məcbur olurlar. Aləmin bütün zərrələri – hər bir atom, hər bir hüceyrə istisnasız olaraq, Allahın onlara hakim kəsdiyi qanunlara tabedir. Allah-təala hər an istəsə, onları dəyişə bilər.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Bütün varlıq aləmi Allaha təslimdirsə, onda nə üçün biz təslim olmayaq?! Əgər bütün varlıqlar Allahın qarşısında təzim edirlərsə, niyə biz təzim etməyək?!

 

2. İşlərin axırında ona doğru qayıdacağıqsa, onda nəyə görə üzümüzü əvvəldən Ona çevirməyək?!

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this