﴿ بَلَى مَنْ أَوْفَى بِعَهْدِهِ وَاتَّقَى فَإِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır).»

 

TƏFSİR:

 

Yanlış təfəkkürlər müqabilində düzgün mövqe seçmək lazımdır. Öz əhdinə vəfalı qalmaq və təqvalı olmaq insanın sevilmə meyarıdır, bunda meyar kitab əhli olmaq, yaxud şüar vermək deyildir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this