﴿وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍ لاَّ يُؤَدِّهِ إِلَيْكَ إِلاَّ مَا دُمْتَ عَلَيْهِ قَآئِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَيْسَ عَلَيْنَا فِي الأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ﴾

 

TƏRCÜMƏ:

 

«Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların «savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur» demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər.»

 

TƏFSİR:

 

Əxlaqi dəyərlər və insani keyfiyyətlər həmişə sabitdir: əmanət həmişə yaxşı iş, xəyanət həmişə və hər kəsə qarşı pisdir. Günahdan da böyük və xoşagəlməz iş günaha bəraət qazandırmaqdır. Onlar camaatın mal-dövlətini nahaq yerə yeyir və deyirlər ki, Allah bizim bu işlərimizlə razıdır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this