﴿ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ ﴾

 

TƏRCÜMƏ:

 

«İstədiyi kəsi Öz rəhmətinə məxsus edər. Allah böyük əta və bəxşiş sahibidir.»

 

TƏFSİR:

 

Allahın heç bir qövmə yəhudilər kimi Öz lütf və mərhəmətini şamil etməyəcəyini təsəvvür etmək xam xəyaldan başqa bir şey deyildir. Allah-təala Öz risalətini hansı qövmün öhdəsinə qoyacağını daha yaxşı bilir. O Öz bəndələri arasında ən yaxşı fərdi seçərək Öz mərhəmətini onun halına şamil edir. Allahın həm lütf və mərhəməti genişdir, həm də bir kəsi hikmət əsasında seçir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this