﴿وَلاَ تُؤْمِنُواْ إِلاَّ لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللّهِ أَن يُؤْتَى أَحَدٌ مِّثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ﴾

 

TƏRCÜMƏ:

 

«(Həmçinin dedilər): Və sizin dininizə tabe olandan başqasına inanmayın (həqiqəti açıb deməyin) – de: «Əlbəttə hidayət, Allahın hidayətidir» – ki, məbadə sizə verilən(in) kiməsə veril(mə)sin(in mümkünlüyü məlum olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların da sizin kimi qiblə, din və haqq olan kitaba malik olmalarını və Qiyamətdə sizinlə mübahisə edəcəklərini etiraf etməyin).» De: Fəzilət və rəhmət Allahın əlindədir, onu istədiyinə verir (və sizin hiylələriniz Allahın hidayət etdiyi şəxsin imanına mane ola bilməz). Allah (zat və sifət baxımından) geniş və (hər şeyi) biləndir.»

 

İNCƏ MƏTLƏBLƏR

 

1. İslam düşmənləri öz məkirli planlarında gizli iş görməyi üstün tutur və özlərindən başqasına etimad etmirlər.

 

2. Allahın mərhəmət və lütfü hansısa qrupa məxsus deyildir.

 

3. Təəssübkeşlik qadağandır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this