﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَأَنتُمْ تَشْهَدُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Ey kitab əhli, nə üçün Allahın (Tövrat və İncildə Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm-barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?!»

 

TƏFSİR:

 

Bu ayə bəlkə də Tövrat və İncildə kitab əhlinə Həzrət Məhəmmədin (s) məziyyətlərinə dair verilən müjdələri göstərir. Belə ki, kitab əhli o Həzrəti (s) öz övladlarını tanıdıqları kimi tanıyırdılar. Lakin özlərinin ictimai mövqelərini qoruyub-saxlamaq, maddi mənfətlərinə dəyə biləcək xəsarətin qarşısını almaq üçün bu ilahi nişanələrin hamısını görməməzliyə vurdular və inkar etdilər.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 

 


more post like this