﴿ إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:

«Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.»

TƏFSİR:

Bu ayədən aydın olur ki, iman əsasında qurulan əlaqələr qohum-əqrəba və millət əlaqələrindən daha möhkəmdir. Eyni fikrə və ideologiyaya malik olub, eyni xətdə qərar tutanların hədəfləri eyni olduqda zahirdəki etiqad və fikir baxımından bir-biri ilə ayrı olmasına baxmayaraq, yaxın qohumluq əlaqələrinə görə bir-birinə daha yaxındırlar. Hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) Ömər ibn Yəzidin oğluna buyurdu: «Allaha and olsun ki, siz Ali-Məhəmməddənsiniz.» Sonra yuxarıdakı ayəni oxudu.

Rəsuli-Əkrəm (s) Səlmani Farsi barəsində buyurur: «Səlmanu minna Əhləl-beyt» – yəni Salman biz Əhli-beytdəndir.

İNCƏ MƏTLƏBLƏR

1. İnsanlarla onların rəhbərləri arasında əsas rabitə ideoloji əlaqədir, qəbilə, dil, məntəqə, irq rabitələri deyil.

2. Peyğəmbərlərə yaxınlığın meyarı onlara itaət etməkdir.

3. Peyğəmbəri-Əkrəm (s) və müsəlmanlar Həzrət İbrahimin (ə) xəttində olub onunla eyni hədəfə malikdirlər.

4. «Məcməül-bəyan» təfsirində belə bir rəvayət nəql olunmuşdur: «Həzrət Məhəmmədin (s) dostu və tərəfdarı qohumluq cəhətindən ondan uzaq olsalar belə, Allaha itaət edənlərdir. Peyğəmbərin (s) düşməni Allaha qarşı üsyankarlıq edənlərdir, hətta Peyğəmbərlə yaxın qohum olsalar belə.»

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

more post like this