﴿ هَاأَنتُمْ هَؤُلاء حَاجَجْتُمْ فِيمَا لَكُم بِهِ عِلمٌ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ ﴾

TƏRCÜMƏ:

«Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması və «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi və peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz.»

TƏFSİR:

Bu ayə kitab əhlinə bir növ xəbərdarlıq edib buyurur ki, siz elm və agahlığınız olduğu şeylərdə maneçilik yaradır və yersiz suallar verirsiniz. Məsələn, siz Həzrət İsanın (ə) təbii həyatını, onun maddi ehtiyaclarını, yeməyə, məskənə və paltara olan tələbatını əyani şəkildə gözlərinizlə gördünüz, amma yenə də onun barəsində münaqişə yaradırsınız. Bəziləriniz onu yalançı, bəziləriniz isə Allahın oğlu hesab edir! Yaxud nişanə və əlamətləri Tövrat və İncildə gələn Həzrəti Məhəmməd (s) haqqında (sizə tanıtdırıldığı halda) yersiz söhbətlər edirsiniz.

Siz yalnız məlumatınız olan məsələlərlə bağlı mübahisə aparır və heç nə ilə razılaşmırsınız. Bəs onda niyə elminiz olmadığı məsələlər barədə mübahisə edirsiniz? Məsələn, siz nə üçün Həzrət İbrahimin (ə) hansı yolda, hansı məzhəbdə olmasını müzakirə edirsiniz? Allah hər şeyi bilir, siz isə bilmirsiniz. Siz bilmədiyiniz şeyləri Peyğəmbərdən (s), onun kitabından öyrənməlisiniz.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

more post like this