﴿ فَإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Buna görə də əgər üz döndərsələr, şübhəsiz, Allah fəsad törədənləri (onların halını) biləndir.»

 

Bu ayədə həqiqətləri qəbul etməkdən boyun qaçıranlar təhdid olunaraq buyurulur: “Əgər bu qədər açıq-aydın dəlil və şahidlərlə belə, yenə də haqdan üz döndərsələr (bil ki, onlar haqq axtaran deyil, əksinə, yer üzündə fəsad törədənlərdir, çünki) Allah fəsad əhlindən agahdır.”

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this