﴿ إِنَّ هَـذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ اللّهُ وَإِنَّ اللّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, (həzrət Məsihin) haqq olan hekayəti budur. Allahdan başqa bir məbud yoxdur və əlbəttə ki, Allahdır yenilməz qüdrət və hikmət sahibi!»

TƏFSİR:

Həzrət İsanın (ə) həyatı qısa şəkildə bəyan olunduqdan sonra daha artıq təkidlə buyurulur: Bunlar Həzrət İsanın (ə) həqiqi sərgüzəştləridir; onu Allah, yaxud Allahın övladı olmaq kimi bir ilahilik məqamına qaldıran puç iddialar deyil.

Nə onun Allah olmasını iddia edənlər, nə də (nəuzu billah) Allahın qanunsuz övladı olmasını deyənlər əsla düz söz deyirlər. Haqq söz sənin gətirdiyindir: «O, Allahın bəndəsi və peyğəmbəridir və bir möcüzə ilə atasız olaraq pak bir anadan dünyaya gəlmişdir.»

Yenə də daha artıq təkidlə əlavə edilir: “Yeganə Allahdan başqa heç bir məbud yoxdur. O, qüdrət və hikmət sahibidir.” Onun qüdrəti müqabilində atası olmadan övlad dünyaya gəlməsi çox da mühüm məsələ deyildir. Bəli, məhz belə bir Allah pərəstişə layiqdir və Ondan qeyrilərinin belə bir haqqı yoxdur.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

more post like this