﴿ إِنَّ اللّهَ لاَ يَخْفَىَ عَلَيْهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاء. هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الأَرْحَامِ كَيْفَ يَشَاء لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾

 

TƏRCÜMƏ:

 

5. «Şübhəsiz, yerdə və göydə olanlardan heç bir şey (o cümlədən sizin iman və küfrünüz) Allaha gizli deyildir.»

 

6. «Sizi (anaların) uşaqlıqlar(ın)da istədiyi şəkilə salan Odur. Ondan başqa bir tanrı yoxdur, yenilməz qüdrətli və (vücuda gətirmə və yol göstərmədə) möhkəm yaradılış sahibidir.»

 

TƏFSİR:

 

Hansısa bir şeyin Allahdan gizli qalması necə mümkün ola bilər? Halbuki, O bütün yerlərdə hazırdır və hər bir şeyə nəzarət edəndir. Allahın vücudu qeyri-məhdud olub, bizə bizim özümüzdən də yaxın olduğuna görə məkana ehtiyacı yoxdur. Eyni zamanda, hər bir şeyi əhatə edir. Bu əhatə də Onun bütün varlıqlar barəsində olan elm, məlumat və agahlığı mənasınadır.

 

Sonra isə həqiqətdə yaradılış aləminin bədii əsərlərindən biri olan, Allahın elm və qüdrətinin cilvəgahı sayılan elm və qüdrətin bir nümunəsinə işarə olunaraq buyurulur: O həmin Allahdır ki, sizi analarınızın bətnində istədiyi şəkildə təsvir etdi.

 

Bəli! Qüdrətli və hikmət sahibi olan Allahdan başqa heç bir məbud yoxdur. İnsana ana bətnində surət verilməsi, qaranlıq və zülmətli bir mühitdə maye olan nütfə üzərində çox bədii, ardıcıl və qəribə bir şəkildə insan surətinin çəkilməsi, doğrudan da, insanı heyrətə salır. İnsanlar bütün bu rəngarəngliklərlə yanaşı, şəkil, surət, cinsiyyət, istedad və s. cəhətdən də bir-biri ilə fərqlənirlər. «Ondan başqa sitayişə layiq heç bir məbud yoxdur» sözünü ona görə deyirik ki, Onun Müqəddəs Zatından başqa heç bir şey ibadətə layiq deyildir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this