﴿ إِذْ قَالَتِ الْمَلآئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır.»

 

TƏFSİR:

 

Quranda Həzrət İsa (ə) «Allahın kəlməsi» deyə qeyd olunur. Quranda «kəlmətun» sözü məxluq mənasında işlədilmişdir. «Kəhf» surəsinin 109-cu ayəsində buyurulur: “Əgər Allahın kəlmələrini yazmaq üçün bütün dəryalar mürəkkəb olsaydı – qurtarar, lakin Allahın kəlamları sona yetməzdi.”

 

Quranda «vəcihən fid-dunya vəl-axirə» (dünya və axirətdə üzüağ, hörmətli, alnıaçıq) vəsfi təkcə Həzrət İsa (ə) barəsində deyilmiş, sair şəxslərin barəsində bu xüsusiyyət qeyd olunmamışdır.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Qadının məqamı elə yüksək səviyyəyə çata bilər ki, Allah-təala mələk vasitəsi ilə onunla danışsın.

 

2. Allah-təala Öz övliyaları üçün təvəllüdlərindən qabaq ad qoyur.

 

3. İsa Allahın övladı deyil, Onun məxluqudur. O, Məryəmdən dünyaya gəlmiş, onun bətnində rüşeym dövranını keçmişdir. Bu halda necə ola bilər ki, Allahın övladı olsun?

 

4. Övlad nemətdir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this