﴿يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ مِنْ خَيْرٍ مُّحْضَرًا وَمَا عَمِلَتْ مِن سُوَءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَاللّهُ رَؤُوفُ بِالْعِبَادِ﴾

 

TƏRCÜMƏ:

 

«Hər bir kəs (dünyada) yerinə yetirdiyi xeyir və etdiyi pis əməlləri hazır görəcəyi (həmin əməllərin eynilə Qiyamətə uyğun şəkildə mücəssəm olunacağı) gün arzu edəcək ki, kaş onunla pis əməlləri arasında uzun bir zaman fasiləsi olaydı (Qiyamət təxirə düşəydi). Allah sizi Özündən (Öz əzabından) çəkindirir. Allah Öz bəndələrinə şəfqətlidir.»

 

TƏFSİR:

 

Bu ayə məzmun baxımından «Kəhf» surəsinin 49-cu ayəsinə bənzəyir. Orada buyurulur: «Qiyamət günündə insanlar bütün əməllərini öz qarşılarında hazır görəcəklər.» «Burhan» təfsirində qeyd olunur ki, İmam Səccad (ə) hər cümə günü «Məscidün-Nəbi»də moizə edərkən camaata bu ayəni oxuyardı.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Bizim bugünkü əməllərimiz Qiyamət günü öz qarşımızda təcəssüm edəcəkdir.

 

2. Günahkarlar Qiyamətdə öz əməllərini görüb xəcalətli olacaqlar.

 

3. Allah Öz bəndələrini (ilahi əzabla) qorxutmaqla yanaşı bəndələrinə mərhəmət və mehribançılığını da göstərir ki, bu kimi günahlara aludə olmasınlar.

 

4. İnsanın bu dünyada sevdiyi əməllərin çoxu Qiyamətdə onun nifrətinə səbəb olacaqdır.

 

5. O gündə peşmançılığın heç bir faydası yoxdur və arzular xam xəyaldan başqa bir şey olmayacaq.

 

6. Allahın etdiyi xəbərdarlıqların da mənşəyi mehr və məhəbbətdir.

 

7. Allah bütün insanları sevir.

 

8. Allahın insanlara mərhəmət və nəvazişi birbaşadır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 

 


more post like this