﴿لاَّ يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُوْنِ الْمُؤْمِنِينَ وَمَن يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَإِلَى اللّهِ الْمَصِيرُ﴾

 

TƏRCÜMƏ:

 

«Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə – onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir.»

 

TƏFSİR:

 

Bu ayədə İslam ölkələrinin xarici siyasəti, kafirlərlə rəftar tərzi, eləcə də kafirlər tərəfindən olan vilayət və rəhbərliyin qəbul edilməsinin Allahın vilayətinin əldən verilməsinə gətirib çıxarması qeyd olunur. Zərurət halında baş verən təqiyyənin şərtləri və təqiyyədən sui-istifadə olunmasının qarşısını almaq məsələsi irəli çəkilmişdir.

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Möminlər üçün kafirlərin vilayətini qəbul etmək qadağandır. Əgər bütün dünya müsəlmanları yalnız bu ayənin hökmünə əməl etsəydilər, hazırda İslam ölkələrinin vəziyyəti belə rüsvayçı və acınacaqlı olmazdı.

 

2. Kafirlərin rəhbərliyini qəbul etmək, onların kafirliklərini təsdiq etmək və işlərinə razı olmaq haramdır.

 

3. Daha yüksək məqsəd və məramlara çatmaq naminə müəyyən hallarda kafirlərlə zahirdə əlaqə bərqərar etmək caizdir.

 

4. Siyasi əlaqələr kafirlərin müsəlmanların qəlbinə (əqidəsinə) hökmranlıq etməsi ilə nəticələnməməlidir.

 

5. Təqiyyə yalnız dinin, imanın qorunması üçündür. Heç kəs təqiyyəni bəhanə edərək kafirlərə cəzb olunmamalı və təqiyyənin adından sui-istifadə etməməlidir.

 

6. Dinin özünün (əslinin) təhlükəyə düşdüyü bəzi hallarda hər bir şeyi Allah yolunda fəda edib yalnız Ondan qorxmaq lazımdır.

8. Kafirlərin yerinə möminlər bir-biri ilə əlaqə qurmalıdırlar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this