﴿ تُولِجُ اللَّيْلَ فِي الْنَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الَمَيَّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَن تَشَاء بِغَيْرِ حِسَابٍ ﴾

TƏRCÜMƏ:

«Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) və ölüdən diri və diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin və ya əksinə mömindən kafir çıxarırsan). Və istədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən.»

TƏFSİR:

Bu və bundan əvvəlki ayədə insanlarda tövhid ruhunu çiçəkləndirmək üçün Allahın qüdrətindən on iki dəfə söz açılmışdır. Bu ayədə əvvəlcə müxtəlif fəsillərdə gecə və gündüzün saatlarının azalıb-artmasından söhbət açılır. Əlbəttə, bunun günün tədrici olaraq çıxıb batmasını da göstərməsi mümkündür. Amma əvvəldə qeyd edilən məna daha aşkardır. Sonra isə Allahın ölünü diridən, dirini də ölüdən çıxartması (vücuda gətirməsi) kimi qüdrət nişanələrinə işarə edilmişdir. Buna misal olaraq Allahın canlı hüceyrələrin cansız təbii və kimyəvi maddələrdən yaratmasını, eləcə də dirilərin ruhunu almaqla onları öldürməsini nümunə göstərmək olar. Digər bir baxımdan isə Allah bəzən ölmüş qəlblərə malik olan kafirlərdən qəlbi sağlam olan imanlı övladlar, bəzən isə ürəyi sağlam olan möminlərdən kafir və ölü qəlbli övladlar meydana gətirir.

İNCƏ MƏTLƏBLƏR

1. Yaradılışdan əlavə, kainatda olan hər bir dəyişiklik və tədbir də Allahın hikmətli əli ilə baş verir.

2. Allahın qüdrəti məhdud deyildir; ölüdən diri, diridən də ölü xəlq edir.

3. Bütün insanların ruzisi Allahın hikmətli iradəsi əsasında verilir.

4. Gecə-gündüzün dəyişməsi, fəsillərin bir-birini əvəz etməsi və iqlim şəraitinin dəyişilməsi Allahın bərəkət və mərhəmətlərindən biridir.

5. «Hesabsız ruzi» dedikdə məqsəd onun hesabının Allahın əlindən xaric olması deyil, çoxlu nemətlər verməsi nəzərdə tutulur.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

more post like this