﴿ اللّهُ لا إِلَـهَ إِلاَّ هُوَ الْحَيُّ الْقَيُّومُ ﴾

 

TƏRCÜMƏ:

 

«Tək olan Allah ki, Ondan başqa bir məbud yoxdur! O diri və Öz zatı üzərində dayanan, (varlıq aləmini) öz yerində saxlayan qüdrət sahibi və əbədidir.»

 

TƏFSİR:

 

Allah-təala xəllaqiyyətdə (xəlq etməkdə), tədbirdə (yaradılış aləmini lazımınca idarə etməkdə) və varlıqlara hakim olmaqda tam və kamil agahlığa malikdir. Maddi səbəb və amillər isə yalnız hər hansı bir şeyin vücuda gəlməsinə, varlıq səhnəsinə qədəm qoymasına səbəb olur. Lakin onların heç biri zatən diri deyil və varlıqları zati sayılmır. Onların elm, həyat və qüdrət kimi maddi amilləri qeyri-müstəqildir. Yalnız Allah-təala mütləq şəkildə diridir və hər bir varlığın da diriliyi məhz Onun səbəbi ilədir.

 

«Cövşən Kəbir» duasında oxuyuruq: «Ey hər bir diridən öncə var olan Diri, ey hər bir diridən sonra qalan Diri, ey o Diri ki, heç bir diri Onun oxşarı deyil, ey dirilikdə heç bir şəxsin Onunla şərik olmadığı Diri, ey heç bir diriyə ehtiyacı olmayan Diri, ey bütün diriləri öldürən Diri, ey bütün dirilərə ruzi verən Diri, ey diriliyini heç bir diridən əxz etməyən Diri.» [ Mərhum Şeyx Abbas Qumi, «Məfatihul-cinan» kitabı.]

 

İNCƏ MƏTLƏBLƏR

 

1. Bu məqama çatmağın şərti məhz zati kamal mərtəbələrinə malik olmaqdır. Həyy və Qəyyum da onun nümunələrindən biridir.

 

2. Tövhid prinsipi bütün səmavi kitabların sərlövhəsini təşkil edir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this