﴿وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَن يُؤْمِنُ بِاللّهِ وَمَا أُنزِلَ إِلَيْكُمْ وَمَآ أُنزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلّهِ لاَ يَشْتَرُونَ بِآيَاتِ اللّهِ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لَهُمْ أَجْرُهُمْ عِندَ رَبِّهِمْ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ﴾

TƏRCÜMƏ:

«Əlbəttə, kitab əhlindən Allah qarşısında təvazökarlıqla Allahın ayələri(ni təhrif etmək) ilə azacıq bir qazanc əldə etmədən Allaha, sizə nazil olana (Qurana) və onlara nazil olana (keçmiş səma kitablarına) iman gətirən kəslər vardır. Onların öz Rəbbi yanında məqamlarına uyğun mükafatları vardır. Şübhəsiz, Allah tez hesab çəkəndir (hesab baxımından heç kəsin mükafatını gecikdirmir).»

TƏFSİR:

Təfsirçilərdən bəziləri inanırlar ki, bu ayə kitab əhlindən İslamı qəbul edənlər barəsində nazil olmuşdur. Onlar Nəcranda 40 nəfər, Həbəşistanda 32 nəfər və Romada 8 nəfər idi. [35] «Təfsiri Fəxr Razi» və «Məcməyül-bəyan» 2-ci cild, səh. 561

Bəzi təfsirlərdə də qeyd olunur ki, bu ayə hicrətin doqquzuncu ilinin Rəcəb ayında vəfat edən Nəcaşinin barəsində nazil olmuşdur. Peyğəmbər (s) bundan xəbərdar olduqda camaata buyurdu: «Sizin qardaşlarınızdan biri ölkədən xaricdə vəfat etmişdir. Hazırlaşın, xidmətləri müqabilində ona cənazə namazı qılaq.» Soruşdular: «O kimdir?» Buyurdu: «Nəcaşi». Sonra müsəlmanlar Peyğəmbəri-Əkrəmlə (s) birlikdə «Bəqi» qəbristanlığına gedib ona namaz qıldılar.

more post like this