﴿ لَكِنِ الَّذِينَ اتَّقَوْاْ رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلاً مِّنْ عِندِ اللّهِ وَمَا عِندَ اللّهِ خَيْرٌ لِّلأَبْرَارِ ﴾

 

TƏRCÜMƏ:

 

«Lakin öz Rəbbindən qorxan kəslər üçün (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlər vardır. Allah tərəfindən ilk ziyafət olaraq onlar orada əbədidirlər. Yaxşı əməl sahibləri üçün Allah yanında olan şey (Allahın razılığı və əbədi nemətlər) daha yaxşıdır.»

 

TƏFSİR:

 

«Nüzul» qonaq üçün şərbət, meyvə və s. verilərək göstərilən ilkin xidmətlərə deyilir. Ayə bu təbirlə sanki buyurmaq istəyir ki, bu, kafirlərin gediş-gəlişləri müqabilində Allah tərəfindən sizə veriləcək nemətlərin hamısı deyil, ilkin nemətlərdir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this