﴿ مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ ﴾

 

TƏRCÜMƏ:

 

«(Bu, dünyadan) azacıq bir bəhrələnməkdir, sonra isə onların yerləri Cəhənnəm olacaqdır. Ora pis bir qalacaq yeridir.»

 

TƏFSİR:

 

Həzrət Əlidən (ə) nəql olunan bir rəvayətdə buyurulur: «Ardınca cəhənnəm əzabı gələn xeyir və xoşhallığın heç bir dəyəri yoxdur.»

 

Qısamüddətli ləzzətlər və əbədi əzab kafirlər üçün, müvəqqəti çətinliklər və əbədi asayiş isə möminlər üçündür.

 


more post like this