﴿ لاَ يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُواْ فِي الْبِلاَدِ ﴾

 

TƏRCÜMƏ:

 

«Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!»

 

TƏFSİR:

 

Məkkə müşrikləri və Mədinə yəhudiləri ticarət səfərləri etdiklərinə görə iqtisadi və maddi cəhətdən yaxşı vəziyyətdə idilər. Lakin müsəlmanlar Mədinəyə köçüb bütün mal-dövlətlərini və məişət vəsaitlərini Məkkədə qoyduqlarından, digər tərəfdən də iqtisadi mühasirədə, təzyiqdə olduqlarından bu ayə onlara bir növ ruhi təskinlik verir.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Siyasi, iqtisadi, hərbi heyətlərin göndərilməsi, sirli yığıncaqların təşkil olunması, düşmən tərəfindən olan müsahibələr sizi aldatmasın.

 


more post like this