﴿ رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ ﴾

 

TƏRCÜMƏ:

 

«Ey Rəbbimiz! Peyğəmbərlərinin dili ilə bizə vəd etdiklərini bizə əta et və bizi Qiyamət günü xar və rüsvay etmə ki, həqiqətən Sən heç vaxt Öz vədinə xilaf çıxmırsan.»

 

TƏFSİR:

 

Bu bir neçə ayədə Pərvərdigari-aləm əql sahiblərini belə vəsf edir: Onlar Allahı daim xatırlayar, hikmət əldə etmək, peyğəmbərlərə təslim olmaq, günahlarından istiğfar etmək, yaxşı insanlarla birlikdə ölmək, Allahın lütf və mərhəmətinə nail olmaq, əbədi rüsvayçılıqdan və xarlıqdan xilas olmaq barəsində fikirləşirlər. Əvvəlki ayələrdə əql sahiblərinin Allaha və Qiyamət gününə imanları bəyan olmuşdu, bu ayədə nübüvvətə iman da irəli çəkilir.

 

İNCƏ MƏTLƏBLƏR

 

 

 

 

 

 

 

 

  1. Əql sahibləri peyğəmbərlərin və ilahi vədlərin hamısına iman gətirmişlər.

 


more post like this