﴿ الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ ﴾

 

TƏRCÜMƏ:

 

«O kəslər ki, ayaq üstə, oturduqları halda və böyürləri üstə (yatdıqları halda) Allahı yadlarına salır, göylərin və yerin yaradılışı(nın sirləri) barəsində fikirləşir (və qəlbləri və ya həm qəlb, həm də dilləri ilə deyir)lər: “Ey Rəbbimiz, bunu (bu əzəmətli aləmi) boş yerə yaratmamısan! Sən (faydasız və puç işlərdən) pak (və uzaq)san (və bütün bunlar mütləq ali məqsəd, yəni ağıl sahibləri üçün vəzifələr müəyyənləşdirmək və dünyada savab və əzaba layiq olmaq və onların axirətdə gerçəkləşməsi üçündür). Odur ki, bizi odun əzabından qoru.”»

 

TƏFSİR:

 

Allahı yad etmək hər bir halda əql əlamətidir.

 

Əql sahibləri məhz zikr və təfəkkür əhlidir.

 

Təfəkkür əsasında olan imanın dəyəri vardır.

 

Biz bilməliyik ki, ilahi hədəfdən uzaqlaşdıqca cəhənnəm oduna yaxınlaşırıq, belə isə yenidən ilahi hədəflərə qayıtmalıyıq.

 

Sirlərinin hamısını dərk edə bilməsək də, xilqət və yaradılış aləmi əbəs yerə deyil.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this