﴿ إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün get-gəlində sağlam ağıl və fikir sahibləri üçün (Allahın qüdrət, elm və hikmətini göstərən) nişanələr vardır.»

TƏFSİR:

Fəxr Razinin, Qurtubi və Mərağinin təfsirlərində qeyd olunur ki, Ayişədən soruşdular: «Peyğəmbəri-Əkrəmdən yadında qalan ən gözəl xatirə hansıdır?» Dedi: «Peyğəmbərin bütün işləri qəribə idi. Amma mənim nəzərimcə onların ən mühümü bu idi: O, bir gecə mənim evimdə istirahət edirdi. Təzəcə yatmışdı ki, yerindən qalxdı, paltarlarını geyinib dəstəmaz aldı və namaz qılmağa başladı. Namaz üstündə o qədər ağladı ki, paltarının qabaq tərəfləri göz yaşından islandı. Sonra səcdəyə getdi, səcdə halında o qədər ağladı ki, üzünün müqabilindəki yer də islandı. Sübh çağı Bilal gəlib bu qədər ağlamağının səbəbini soruşduqda buyurdu: «Dünən gecə bəzi ayələr («Ali-İmran» surəsinin 190-194-cü ayələri) mənə nazil oldu. Sonra buyurdu: «Vay olsun o kəslərə ki, bu ayələri oxuyub düşünməzlər!»

Fəxri Razinin təfsirində Həzrət Əlidən (ə) nəql olunur ki, Rəsuli-Əkrəm (s) gecə namazından qabaq bu ayələri oxuyardı. «Təfsirul-Kəbir», 9-cu cild, səh. 134

Bir hədisdə bizim də bu ayələri oxumağımız tövsiyə olunmuşdur.

Həzrət Əlinin (ə) səhabələrindən olan Nuf Bəkkalinin belə dediyi nəql olunmuşdur: Bir gecə Həzrət Əlinin (ə) hüzurunda idim. İmam (ə) yatağından qalxıb bu ayələri oxudu, sonra məndən soruşdu: «Yatmısan, yoxsa oyaqsan?» Dedim ki, oyağam. Buyurdu: «Xoş olsun o kəslərin halına ki, yerin çirkinliklərinə bulaşmamışlar.» «Biharul ənvar», 69 cu cild, səh. 276

İNCƏ MƏTLƏBLƏR

  1. Yaradılış aləmi hədəf əsasındadır.

  1. Varlıqların tanınması Allahı tanımaq üçün bir müqəddimədir.

  1. Ayıq və zəkalı insanların nəzərində ağacın yarpaqları, hər vərəqi üzərində ilahi mərifət olan bir dəftərdir.

  1. Hər kəs daha ağıllıdırsa ilahi nişanə və əlamətləri daha çox dərk edir.

  1. Gecə-gündüzün gəlib-getməsi, varlıq aləminin zaman əsasında qurulması əql sahiblərinin nəzərində təsadüfi bir iş deyildir.

more post like this