﴿ لاَ تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَواْ وَّيُحِبُّونَ أَن يُحْمَدُواْ بِمَا لَمْ يَفْعَلُواْ فَلاَ تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Güman etmə ki, (səmavi kitabın ayələrini gizlətmək və camaatı İslamdan uzaqlaşdırmaq kimi) əməllərinə sevinən və etmədikləri şeylərə görə mədh olunmağı sevən kəslər, bəli güman etmə ki, onlar əzabdan qurtulacaqlar. Onlar üçün ağrılı bir əzab vardır»

 

TƏFSİR:

 

Bütün cəmiyyətlərdə münafiqlər, ikiüzlülər həmişə vardır, onlar münafiqlikdən əlavə, möminlərlə mömin kimi rəftar edirlər. Bunlar özlərini həmişə şücaətli göstərmək istəyən qorxaqlara, alim ləqəbi almaq istəyən savadsız, cahil və kəmsavadlara oxşayır ki, təriflənməkdən ləzzət alırlar. Bəzən ciddi görkəm alır, bununla da ən yaxşı mənsəb və ləqəblərə malik olduqlarını çatdırmaq istəyirlər. Lakin həqiqətdə səadət üzünü görməyən hiyləgərlərdir.

 

Ümumiyyətlə, insanlar üç dəstəyə bölünür:

 

  1. Bəziləri fəaliyyət göstərir və Allahdan başqa heç kəsin onların işindən xəbərdar olmasını istəmirlər.

 

  1. Bəziləri fəaliyyət göstərir, məqsədləri də camaatın bu işləri bilib onları tərifləməsidir.

 

  1. Bəziləri fəaliyyət göstərmir, amma camaatın onları tərifləməsini istəyirlər ki, yuxarıdakı ayədə bu kimi şəxslərə işarə olunur.

 


more post like this