﴿لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُواْ أَذًى كَثِيرًا وَإِن تَصْبِرُواْ وَتَتَّقُواْ فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الأُمُورِ﴾

 

TƏRCÜMƏ:

 

«Mallarınız və canlarınız barədə mütləq imtahan ediləcəksiniz və mütləq sizdən əvvəl (səmavi) kitab verilmiş şəxslərdən və həmçinin müşriklərdən (dinin və Peyğəmbərin inkarı və istehza olunması, eləcə də insanların İslam əleyhinə təhrik olunmaları barəsində) çoxlu cansıxıcı sözlər eşidəcəksiniz. Əgər səbr və təqvaya yiyələnsəniz, bu (dözümlülük), həqiqətən, böyük və əhəmiyyətli işlərdəndir.»

 

TƏFSİR:

 

Müsəlmanlar Məkkədən Mədinəyə hicrət edən zaman müşriklər onların mal-dövlətlərini müsadirə etdilər. Hər kəsi tapsaydılar ona əzab-əziyyət, işgəncə verirdilər. Digər tərəfdən də başda Kəb ibn Əşrəf adlı bir yəhudi olmaqla Mədinə yəhudiləri onlara dil yarası vurur, hətta bəziləri son dərəcə həyasızlıqla müsəlman qızları və qadınları üçün qəzəl oxuyur, onları həcv edirdilər. (Rəsuli-Əkrəm (s) Kəb ibn Əşrəfin qətlinə fərman vermişdi və sonralar da onu cəhənnəmə vasil etmişdilər.)

 

Bu ayədə müsəlmanlara təskinlik verilir və onlardan istənilir ki, səbr və təqva sayəsində xatircəm olaraq qərara gəlsinlər.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Sizin imtahan olunmağınız ciddi və qəti bir məsələdir, özünüzü bu işə hazırlayın.

 

  1. Düşmən tərəfindən təhqir olunmağınız və əzab-əziyyət görməyiniz sizin imtahan olunmağınız üçün bir vasitədir.

 

  1. İmtahanların ən çoxu insanın malı və canı ilə əlaqədar baş verir.

more post like this