﴿ ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللّهَ لَيْسَ بِظَلاَّمٍ لِّلْعَبِيدِ ﴾

 

«TƏRCÜMƏ:

 

«Bu (əzab) öz əllərinizlə qabaqcadan göndərdiyiniz işlərə görədir, yoxsa Allah əsla bəndələrə zülm edən deyildir.»

 

TƏFSİR:

 

Bu ayədə buyurulur ki, hazırda acılığını hiss edib daddığınız dərdli əzab dünyadakı öz yaramaz əməllərinizin niticəsdir. Özünüzə zülm edən məhz özünüz olmusunuz. Allah heç kəsə zülm etməz.

 

Ümumiyyətlə, sizin kimi cinayətkarlar öz əməllərinizin cəzasını görməsəniz və yaxşı əməl sahibləri ilə bir cərgədə olsanız, bunun özü zülmün ən bariz nümunəsi olar. Əgər Allah belə etsə zəllam (çox zülm edən) olar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this