﴿مَّا كَانَ اللّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَى مَآ أَنتُمْ عَلَيْهِ حَتَّىَ يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَمَا كَانَ اللّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَكِنَّ اللّهَ يَجْتَبِي مِن رُّسُلِهِ مَن يَشَاء فَآمِنُواْ بِاللّهِ وَرُسُلِهِ وَإِن تُؤْمِنُواْ وَتَتَّقُواْ فَلَكُمْ أَجْرٌ عَظِيمٌ﴾

 

TƏRCÜMƏ:

 

 

 

 

 

 

Bu ayə «Ühüd» müharibəsi ilə əlaqədar nazil olan axırıncı ayədir. Burada aşkar şəkildə qeyd olunur ki, dünya böyük bir imtahan, sınaq meydanıdır. Hər kəs iman iddiası etsə öz halına buraxılmaz, cəmiyyətdə adi şəkildə yaşamaz. Əksinə, məğlubiyyətlər və qələbələr onların batinlərində olanların aşkara çıxması üçündür. Məhz bu məğlubiyyət «Ühüd» müharibəsində münafiqlərin seçilib aşkara çıxmasına səbəb oldu.

 

Allah-təala qeyb elmini insan fərdlərinə agah etməz. Çünki əgər qeyb elmi vasitəsi ilə bütün yaxşı-pislər məlum olsaydı, insanlarda ümidlər sönər, ictimai əlaqələr qırılar, həyat hərc-mərcliyə düçar olardı. Deməli, bizim qeyb elminin sirlərindən agah olmamağımız yaxşıdır ki, həyat adi qaydasında cərəyan etsin, yaxşı-pis tədrici imtahanlar və sınaqlar vasitəsi ilə ayırd edilsin.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Allah kafirləri öz hallarına buraxır, lakin möminləri yox.

 

  1. Pakı napakdan seçmək ilahi qanunlardan biridir.

 

  1. Həyat öz adi qaydasında cərəyan etməlidir; camaatın sirlərini qeyb elmi yolu ilə başa düşmək həyatı iflic vəziyyətə salar.

 

  1. Həyat adi surətdə davam etməlidir, buna baxmayaraq Allah-təala bəzi şəxslərə qeyb elmi əta edir.

 

  1. Allah qeyb elmini yalnız Onun tərəfindən gələn və risalət sahibi olan peyğəmbərlərə verir.

 

  1. Peyğəmbərlərin hamısının dərcələri eyni deyildir.

 

  1. Qeyb elmi Allah tərəfindən seçilən peyğəmbərlərə, özü də müəyyən həddə verilir və onlar da bu elmdən bütün sahələrdə deyil, yalnız bəzi hallarda istifadə edirdilər.

more post like this