﴿ إِنَّ الَّذِينَ اشْتَرَوُاْ الْكُفْرَ بِالإِيمَانِ لَن يَضُرُّواْ اللّهَ شَيْئًا وَلهُمْ عَذَابٌ أَلِيمٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Həqiqətən küfrü imanı vermək bahasına (satın) alan kəslər, Allaha əsla bir ziyan vurmurlar və onlar üçün ağrılı bir əzab vardır.»

 

TƏFSİR:

 

Quran ayələrində imanı küfrə dəyişmək, qazanc və ziyan kimi məsələlər dəfələrlə təkrar olunmuşdur. Bu şərif kitab dünyanı bir bazara, camaatı satıcıya, onda satılan əmtəəni əqidə və təfəkkürə, müştərini isə bəzən Allaha, bəzən isə Ondan başqasına təşbih edir. Bu bazarda əmtəəni satmaq icbaridir, lakin müştərini seçmək insanın öz ixtiyarındadır. Yəni, bizim ixtiyarımızda olan qüdrəti, əməli və əqidəni istifadəsiz saxlaya bilmərik. Lakin əqidə və əməllərimizi faydalı, yaxud ziyanlı yolda işlətmək bizim öz ixtiyarımızdadır. Quranda yalnız Allahla müamilə edən, əvəzində behişt və Allahın razılığını qazananlar tərif olunurlar, əvəzində isə düzgün seçməmələri və nəticədə azğınlığa düşmələri səbəbi ilə ümumiyyətlə qazanc əldə etməyən, yaxud ağır xəsarətlərə düçar olan, yaxud da xəsarət nəticəsində rüsvay olunanlar kəskin tənqid atəşinə tutulur. Bəzi ayələrdə (yuxarıdakı ayədə olduğu kimi) öz imanını küfrlə dəyişənlər təhqir olunur, bunun müqabilində də möminlərə təskinlik verilir və buyurulur ki, onların dindən çıxmaları Allaha və Onun yoluna heç bir zərər çatdıra bilməz.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this