﴿ وَلاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَن يَضُرُّواْ اللّهَ شَيْئاً يُرِيدُ اللّهُ أَلاَّ يَجْعَلَ لَهُمْ حَظًّا فِي الآخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ ﴾

 

TƏRCÜMƏ:

 

«Məbada küfr yolunda tələsənlər səni kədərləndirsinlər. Onlar Allaha əsla heç bir ziyan vurmurlar. Allah istəyir ki, (itaətsizliklərinə görə) axirətdə onlara bir pay qoymasın. Onlar üçün böyük bir əzab vardır.»

 

TƏFSİR:

 

«Ühüd» müharibəsində məğlubiyyətə uğrayanlar sanki bir-birindən soruşurdular: Biz məğlub olmuşuq və kafirlər bizə qələbə çalaraq Məkkəyə qayıtmışlar, indi nə olacaqdır?! Yuxarıdakı ayə onların cavabında buyurur: Əsla narahat olmayın. Bu, Allahın kafirlərə verdiyi bir möhlətdir ki, onların qəlbləri küfrlə tam dolsun və axirətdə heç bir bəhrələri olmasın.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Öz təmkin və aramlığınızı qoruyub saxlayın, bilin ki, kafirlərin İslamı məhv etmək üçün göstərdikləri səylər tamamilə təsirsizdir.

 

  1. Küfr meydanında tələm-tələsik hərəkətlər insanı tövbə etmək və ilahi rəhmətə nail olmaqdan məhrum edir.

 

  1. İnsanların küfr etməsi Allahın müqəddəs hüzuruna azacıq belə zərər vurmur.

 

  1. Kafirlərə möhlət verilməsi Allahın müqəddər etdiyi sünnələrdəndir. Bir kəs bu möhlətin məlumatsızlıq ucbatından, yaxud onların qarşısında bacarıqsız olduğu üçün olmasını təsəvvür etməsin.

 

  1. Bu ayədə həm Allahın qəzəbi, həm də Onun mərhəməti bəyan edilir: Peyğəmbəri-Əkrəmin əmri ilə ikinci dəfə cihad meydanına gedən yaralılara Allahın böyük və əzəmətli mərhəməti, inadkar kafirlərə isə böyük əzab müjdə verilir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this