﴿ فَانقَلَبُواْ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ لَّمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُواْ رِضْوَانَ اللّهِ وَاللّهُ ذُو فَضْلٍ عَظِيمٍ ﴾

 

TƏRCÜMƏ:

 

«Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir.»

 

TƏFSİR:

 

«Ühüd» müharibəsinin yaralıları Peyğəmbəri-Əkrəmin (s) əmri ilə və İslamı müdafiə etmək üçün bir daha səfərbər oldular və düşməni “Həmraul-Qeys” düşərgəsinə qədər təqib etdilər. Düşmənlər onların yüksək əhval-ruhiyyəsindən vəhşətə gəlib yenidən hücum etmək fikrindən daşındılar və Məkkəyə qayıtdılar. Bu ayə «Ühüd» müharibəsinin sədaqətli döyüşçüləri və yaralılarına qədirbilənlik etmək üçün nazil olmuşdur.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Bir çox hallarda bəzi insanlar təhlükəyə doğru getmiş, amma sağlam qayıtmışlar. Bunun müqabilində də bəzi təhlükədən qaçan qorxaqlar bəlaya, müsibətə düçar olmuşlar.

 

  1. İlahi şəxsiyyətlər üçün əsas məsələ Allahın razılığını qazanmaqdır, onlar üçün nə şəhid olmaq, nə sağ qalmaq, nə yaralanmaq, nə də asayişdə qalmaq – heç biri ilkin məqsəd deyildir.

 

  1. Allahın böyük mərhəməti təkcə cəbhədə iştirak edənlərə nəsib oldu və cihad meydanından qaçan fərarilər həsrət içində qaldılar.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 


more post like this