﴿ الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيلُ ﴾

 

TƏRCÜMƏ:

 

«Həmin o kəslər (üçün) ki, camaat onlara “(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun” dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: “Bizə Allah kifayətdir və O, gözəl vəkildir.”»

 

TƏFSİR:

 

Sadəlövh insanlar mücahidlərə nəsihət verərək deyirdilər ki, düşmən çox güclüdür, onlarla qarşılaşmaq mümkün deyildir. Yaxşı olar ki, müharibəyə girişməyin. Amma həqiqi möminlər heç bir qorxu olmadan, vəhşət hissi keçirmədən tam aramlıqla ayədə qeyd olunan kimi cavab verdilər.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Düşmənin əsassız və zəhərli təbliğatlarından qorxmayın.

 

  1. Cəbhələrdə düşmən casuslarının nüfuz etməsindən qafil olmayın.

 

  1. Təhdidlər müqabilində ən güclü müqavimət iman və Allaha təvəkküldür.

 

  1. Həqiqi mömin hər nə qədər çətinliklərə düşsə, onun Allahla olan rabitəsi və Ona təvəkkülü bir o qədər güclənir.

 


more post like this