﴿ الَّذِينَ اسْتَجَابُواْ لِلّهِ وَالرَّسُولِ مِن بَعْدِ مَآ أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِينَ أَحْسَنُواْ مِنْهُمْ وَاتَّقَواْ أَجْرٌ عَظِيمٌ ﴾

TƏRCÜMƏ:

«(Ühüd döyüşündən və) yaralandıqdan sonra (Qüreyş qoşununu təqib etmək üçün) Allahın və Onun peyğəmbərinin çağırışını qəbul etmiş kəslər-onların yaxşılıq edib təqvalı olanları üçün böyük bir mükafat vardır.»

TƏFSİR:

HƏMRAUL-ƏSƏD QƏZVƏSİ

Qeyd olunduğu kimi, «Ühüd» müharibəsinin axırlarında Əbu-Süfyanın ordusu qələbə çaldıqdan sonra sürətlə Məkkəyə doğru yola düşdü. Rəvha məntəqəsinə çatanda öz işlərindən peşman oldular və yenidən Mədinəyə qayıdıb müsəlmanların qalanlarını da qətlə yetirməyi qərara aldılar. Bu xəbər Peyğəmbərə (s) çatanda dərhal yenidən müharibəyə hazırlıq əmrini verdi. Qüreyş başçıları məsələdən xəbər tutduqda müsəlmanların bu qəribə müqavimətindən vəhşət hissi keçirdilər. Bununla eyni zamanda baş verən digər bir hadisə onların ruhiyyələrini daha da sarsıtdı: Məbədul-Xəzai adlı bir müşrik Peyğəmbərin (s) və onun köməkçilərinin acınacaqlı vəziyyətini gördükdə çox təsirləndi və Peyğəmbərə dedi: «Sizin bu vəziyyətiniz bizim üçün çox xoşagəlməzdir!» Bu sözü dedikdən sonra yola düşdü və Rəvhada Əbu Süfyanın qoşununa çatdı. Əbu Süfyan ondan Peyğəmbər (s) barəsində soruşduqda dedi: “Məhəmməd (s) böyük bir ordu ilə sizi təqib etməyə başlayıb.”

Bu xəbərdən sonra Əbu Süfyan öz köməkçiləri ilə geri çəkilmək qərarına gəldi. Oradan keçən Əbdül-Qeys qəbiləsinin adamlarından xahiş etdilər ki, Peyğəmbərə (s) çatdırsınlar ki, Qüreyş bütpərəstlərinin başçısı Əbu Süfyan Peyğəmbərin (s) köməkçilərinin qalanını da məhv etmək üçün böyük bir qoşunla Mədinəyə tərəf hərəkət edir.

Bu xəbər Peyğəmbərə (s) və müsəlmanlara çatdıqda dedilər: «Allah bizə kifayətdir və O ən yaxşı müdafiəçidir!»

Amma nə qədər gözlədilərsə, düşmən qoşunundan bir xəbər çıxmadı, buna görə də üç gün qaldıqdan sonra Mədinəyə qayıtdılar. Bu ayə və ondan sonrakı iki ayə həmin hadisəyə işarə edərək buyurur: Allahın və Onun Peyğəmbərinin dəvətinə müsbət cavab verən, «Ühüd» müharibəsində aldıqları ağır yaralardan sonra düşmənə qarşı başqa bir müharibədə iştirak etməyə hazır olanların arasında yaxşı iş görüb təqvalı olanlar (yəni pak və sadiq niyyətlə, ixlasla müharibə meydanına gedənlər) üçün böyük mükafat vardır.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

more post like this