﴿ يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِّنَ اللّهِ وَفَضْلٍ وَأَنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Onlar Pərvərdigarın (onlara verdiyi) nemət və mərhəmətin səbəbi ilə sevinc hissi keçirir və (görürlər ki,) Allah möminlərin (nə şəhidlərin, nə də hələ şəhid olmayan mücahidlərin) mükafatını zay etməz.»

 

TƏFSİR:

 

Bu ayə həqiqətdə Allah yolunda öldürüldükdən sonra şəhidlərə verilən müjdələri bir daha təkidləndirir. Buyurur: Onlar iki cəhətdən sevinc içindədirlər:

 

Birincisi, Allahın nemətlərinə nail olduqlarına görə; təkcə Allahın nemətlərinə deyil, həm də Onun mərhəmətinə nail olmuşlar. (Bu da Allah nemətlərinin təkrarlanıb artmasıdır).

 

Digəri isə bundan ibarətdir ki, onlar görürlər ki, Allah-təala möminlərin – nə şəhidlərin, nə də hələlik şəhadət şərbətini içməyən həqiqi mücahidlərin mükafatlarını zay etməz.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ


more post like this