﴿ فَرِحِينَ بِمَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُواْ بِهِم مِّنْ خَلْفِهِمْ أَلاَّ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«(Onlar) Allahın Öz mərhəmətindən onlara əta etdiyinə şaddırlar və arxalarınca (hələ gəlib) onlara qoşulmamış (hələ şəhid olmamış) kəslərə görə sevinirlər ki, onlar üçün nə bir qorxu var və nə də qəmgin olacaqlar.»

 

TƏFSİR:

 

Bu ayədə şəhidlərə bərzəx aləmində nəsib olan böyük bərəkət və imtiyazların bir qisminə işarə edilir və buyurulur: Onlar Allah-təalanın Öz fəzl və mərhəməti ilə bəxş etdiyi çoxlu nemətlərdən xoşhaldır və sevinc içindədirlər.

 

Onların xoşhal olmasının digər bir səbəbi öz mücahid qardaşları ilə əlaqədardır: Və hələ onlara qovuşmayan gələcək şəhid və mücahidlər xatirinə də sevinirlər, çünki onların axirət aləmindəki yüksək məqamlarını görür və bilirlər ki, onların nə qorxusu vardır, nə də qəmgin olarlar. Onlar Qiyamətin dəhşətli hadisələrindən və onun qorxunc günlərindən


more post like this