﴿ وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتًا بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ ﴾

TƏRCÜMƏ:

«Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir.»

TƏFSİR:

ƏBƏDİ DİRİLƏR

Bu və ondan sonrakı ayə «Ühüd» müharibəsindən sonra nazil olmuşdur. Lakin onların məzmun və möhtəvaları daha ümumi olub bütün şəhidlərə şamil olur. Bu ayədə şəhidlərin yüksək məqamı vəsf edilərək buyurulur: «Ey Peyğəmbər! Allah yolunda öldürülənləri heç vaxt ölü hesab etmə!»

Bu ayədə «əbədi həyat» dedikdə bərzəx aləmindəki həyat nəzərdə tutulur. Belə ki, bütün ruhlar ölümdən sonra, bərzəx aləmində bu həyatdan bəhrələnirlər. Bu da təkcə şəhidlərə məxsus deyil. Lakin şəhidlər Allahın əbədi nemətlərinə, mənəvi həyata hamıdan artıq qərq olduqlarından sanki bərzəx aləmində olan digər insanların həyatı ilə müqayisəolunmaz dərəcədə yüksəkdədir, buna görə də yalnız şəhidlərin məqamı bəyan edilmişdir.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

more post like this