﴿ الَّذِينَ قَالُواْ لإِخْوَانِهِمْ وَقَعَدُواْ لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَؤُوا عَنْ أَنفُسِكُمُ الْمَوْتَ إِن كُنتُمْ صَادِقِينَ ﴾

 

TƏRCÜMƏ:

 

«Özləri (döyüşə getməyib evdə) oturan və (doğma) qardaşları (və ya Ühüd müharibəsində öldürülmüş öz məsləkdaşları) barədə “əgər onlar bizə tabe olsaydılar, öldürülməzdilər!” deyən kəslərə de: “(İndi ki, siz ölümdən qaçmağın yolunu bilirsiniz) onda, əgər doğruçusunzsa ölümü özünüzdən dəf edin.”»

 

TƏFSİR:

 

MÜNAFİQLƏRİN ƏSASSIZ SÖZLƏRİ

 

Münafiqlər «Ühüd» müharibəsində iştirak etməməkdən əlavə cihaddan qayıdan mücahidlərə dil yarası vurub onları məzəmmət edirdilər. Quran bu ayədə onların puç, məntiqsiz və əsassız sözlərinə cavab verərək buyurur: Cihaddan imtina edənlər öz qardaşları barəsində deyirlər ki, əgər bizə itaət etsəydiniz, heç vaxt öldürülməzdiniz. Onlara de: Əgər gələcək hadisələri uzaqgörənliklə dərk etməyə qadirsinizsə və doğru deyirsinizsə, onda ölümü özünüzdən uzaqlaşdırın!

 


more post like this