AYƏ 162:

 

﴿ أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللّهِ كَمَن بَاء بِسَخْطٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ ﴾

 

TƏRCÜMƏ:

 

«Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri Cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir.»

 

TƏFSİR:

 

Bu ayənin təfsirində şiə və sünnilərin təfsir kitablarında qeyd olunur ki, Rəsuli-Əkrəm (s) «Ühüd» müharibəsinə doğru hərəkət etmək haqqında əmr verəndə müxaliflər müharibənin baş verəcəyinə əmin olmadıqlarını bəhanə edərək Mədinədə qaldılar. İmanları zəif olan bəzi müsəlmanlar da onlara qoşulub cəbhədə iştirak etmədilər. Bu ayə onların batinini təcəssüm etdirir. Əvvəldəki bir neçə ayədə (155-ci ayədə) oxuduq ki, Allah-təala cəbhədən qaçan, daha sonra peşman olan insanları bağışlayır. Amma ayənin nazilolma səbəbinə diqqət yetirdikdə məlum olur ki, Allah-təala yersiz bəhanələr gətirən münafiqləri heç vaxt bağışlamır.

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. İslam cəmiyyətində cihadda iştirak edən mücahidlərlə cihaddan boyun qaçıranlar arasında fərq qoyulmalıdır. (Bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə məlum olur.)

 

  1. Həqiqi mücahidlərin əsas məqsədi Allahın razılığını qazanmaqdır.

 

  1. Cihad meydanından qaçmaq Allahın qəzəbinə səbəb olan işlərdəndir.

 

 

 

﴿ هُمْ دَرَجَاتٌ عِندَ اللّهِ واللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir.»

 

TƏFSİR:

 

Bəzi ayələrdə qeyd olunur ki, Allah yanında bəzi insanlar üçün müəyyən dərəcələr vardır: «Onlar üçün Rəbləri yanında dərəcələr vardır.» «Ənfal» surəsinin 4-cü və «Taha» surəsinin 75-ci ayəsində «onlar üçün yüksək dərəcələr də vardır» – deyə buyurulur. Amma bu ayədə mücahidlərin özləri «dərəcə» kimi qələmə verilir. Bəzən insan bir işin əvvəlində hərəkətin meyarı əsasında əməl edir. Lakin daha sonralar özü meyara çevrilir. Yaxud bəzi vaxtlar insan zikr dediyinə görə zakir adlanır, daha sonra zikr adlanır, insanlar ona nəzər salmaqla qəlblərində aramlıq hiss edirlər. Əvvəlcə haqqın mehvərinə dolanırlar, daha sonra özləri haqqın mehvəri olur.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this