﴿ إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا الَّذِي يَنصُرُكُم مِّن بَعْدِهِ وَعَلَى اللّهِ فَلْيَتَوَكِّلِ الْمُؤْمِنُونَ﴾

 

TƏRCÜMƏ:

 

«Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər.»

 

TƏFSİR:

 

Əvvəlki ayədə təvəkkül tövsiyə olunurdu, bu ayədə isə Allaha təvəkkül etməyin səbəbləri aydınlaşdırılır. Çünki, izzət və zillət yalnız Allahın əli ilə baş verir. Hədisdə qeyd olunur ki, Rəsuli-Əkrəm (s) Cəbraildən soruşdu: «Allaha təvəkkül etmək nə deməkdir?» Cəbrail dedi: «Biləsən ki, məxluqlar özlərinin ziyan və xeyri ilə sənə heç bir bəxşiş və mənfəət çatdırmırlar. Allahdan qeyrisindən tamamilə məyus olasan. Əgər insan imanın bu dərəcəsinə çatarsa, Allahdan başqası üçün əməl etməz, Allahdan başqa heç nədən qorxmaz, Allahdan başqa heç nəyə ümidvar olmaz. Bu, təvəkkülün həqiqətidir.»[ «Biharul-ənvar», 71-ci cild, səh. 138]

 

İNCƏ MƏTLƏBLƏR

 

  1. Düşmənə qələbə çalmaq, yaxud onları məğlub etmək Allahın iradəsi ilədir.

 

  1. Təbii qələbə və fəthlər digər amillərin təsiri altına düşə bilir, amma ilahi yardımlar heç bir şeyin təsiri altına düşmür.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 


more post like this