﴿ وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لإِلَى الله تُحْشَرُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha tərəf toplanılacaqsınız.»

 

TƏFSİR:

 

İnsanların qarşısında birdən artıq yol yoxdur; o da Allah dərgahına qayıtmaqdır. Onda nə üçün bu səmtə doğru hərəkətdə ən yaxşı vasitədən istifadə etməyək və Allahın razılığına nail olmayaq?!

 

Əgər ölüm və şəhadət Allah dərgahına qaydışdırsa, onda nə üçün nigaran olmalıyıq? İmam Hüseyn (ə) buyurur: «Əgər bədənlər ölüm üçün yaradılıbsa, onda insanın Allah yolunda qılıncla öldürülməsi daha yaxşıdır.»[ «Biharul-ənvar», 2-ci cild, səh. 374]


more post like this