﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَكُونُواْ كَالَّذِينَ كَفَرُواْ وَقَالُواْ لإِخْوَانِهِمْ إِذَا ضَرَبُواْ فِي الأَرْضِ أَوْ كَانُواْ غُزًّى لَّوْ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجْعَلَ اللّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللّهُ يُحْيِـي وَيُمِيتُ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾

 

TƏRCÜMƏ:

 

«Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir.»

 

TƏFSİR:

 

İnsanı hədəfdən yayındıran, onu zəiflədib süstləşdirən, ruhunu sarsıdan təbliğat və təlqinlərin qarşısında dayanmaq və şayiələri təkrar etməmək lazımdır. Diqqət yetirmək lazımdır ki, həm ölüm, həm də həyat Allahın müqəddər etdiyi işlərdəndir. Bu iş əsla müharibə, səfər və s. kimi işlərlə əlaqədar deyil. Düşmən ürəyiyananlıq göstərmək, həsrət çəkmək və təəssüflənməklə sizin aranızda zəhərli təbliğat aparır. Siz də bilin ki, Allah hər şeydən agahdır; buna görə də öz əməl, rəftar və halınızın qeydinə qalın.

 

AYƏ 157:

 

﴿ وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ ﴾

 

TƏRCÜMƏ:

 

«Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşı.»

 

TƏFSİR:

 

İlahi dünyagörüşdə və dini nəzəriyyələrdə Allah yolunda öldürülmək və şəhadətə çatmaq bütün dünya və onda olan şeylərdən daha yaxşıdır. İlahi rəhmət və məğfirətin nəticəsi əbədidir, lakin mal-dövlət və sərvətin təsirləri müvəqqətidir. Əsas məsələ insanın Allah yolunda ölməsidir – istər şəhid olmaqla, istərsə də öz əcəli ilə.

Nurul-Quran – «ALİ-İMRAN» SURƏSİ

 

 

 


more post like this